2014 cü ildə “M.Fashion School” adı ilə fəaliyyətə başlamışdır.İllər ərzində moda sahəsində yüzlərlə məzun yetişdirən M.Fashion 2020 ci ildən “M.Fashion İnstitute MMC”olaraq fəaliyyətinə davam etdirir.
Peşəkar heyət tərəfindən hazırlanan proqramlar əsasən İtaliya ,Belçika ,Amerika universitet və kurslarından alınan təhsillərin əsasında hazırlanmış müəllif dərsləridir.
MFashionİnstitute.com online moda dərslərini tədris edən xüsusi platformadır.Burada olan tədris proqramları mövcud dərslərin eynisini təşkil edir.Xüsusi metod ilə çəkilən video dərslər asan başa düşülən məzmundadır.
Müəssisənin təsisçisi və direktor
03.09.1987
Bakı şəhərində anadan olmuşdur.Orta təhsilini 70 N –li pilot və 61 N-li orta məktəbdə almışdır(1994-2005). 2009-cu ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər (Amerikaşünaslıq )fakültəsinin bitirmişdir (2005-2009). Universiteti bitirdikdən sonra bir çox şirkətlərdə administrativ vəzifələrdə çalışmışdır. 2013 –cü ildən moda sahəsində çalışmaq arzusunu reallaşdırmaq üçün ilk addımlarını atmağa başlamış ,Azərbaycan dilində moda xəbərləri,dizaynerlər, trendlər , stil və s. Haqqında məqalələrin yer aldığı modamaniya.com online moda jurnalını təsis etmişdir.
2015 –ci ildə Türkiyədə İtaliyaya məxsus institutda (İstituto di Moda Burgo )moda və dizayn üzrə özəl kurs almışdır. Eyni zamanda moda, dizayn və stilistika üzrə online kurslar (University of Fashion –Nyu York ,Milan Fashion Campus –Milan )almağa başlamış ,bir çox təlimlərdə iştirak etmişdir. Bakıya gəldikdən sonra “ M.Fashion School “ adlı moda kursu təsis etmişdir. Moda industriyasına məxsus mövzularda təlimlər keçmiş ,eyni zamanda dizayner olmaq istəyən bir çox tələbələrə dərs demiş və onları dəstəkləmişdir. 2016 –cı ildə Milanda (İstituto di Moda Burgo)geyimlərin dizayn edilməsi üzrə təhsilini davam etdirmişdir . 2018 –ci ildə magistr təhsilini Bolonya Universitetinin “ Moda mədəniyyəti və onun idarə edilmısi “ ixtisasi üzrə davam etdirmişdir(2018-2020). 2020 –ci ildə “M.Fashion İnstitute“ MMC –ni təsis etmişdir. Hazırda moda tədris mərkəzinin təsisçisi və direktorudur.
Eskiz dərsləri üzrə müəllim
Aysel M.Həsənova
Sumqayıt şəhərində anadan olmuşdur. Orta təhsilini Mikayıl Müşfiq adına 34 saylı məktəbdə almışdır(2000-2011). Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq – Kommersiya fakultəsinə daxil olmuş və 2016-cı ildə məzun olmuşdur.
Universieti bitirdikdən sonra Asan Xidmət, Azərbaycan Beynəlxalq Bankı kimi dövlət müəssisələrində çalışsa da, moda sahəsinə olan marağı onun karyera yolunu dəyişmişdir.
“M.Fashion School” a eskiz kurslarına yazılaraq Diplom proqramını uğurla bitirmişdir. Əl işlərinə və istedadına görə seçilərək, pedeqoji təkmilləşdirmə proqramı üzrə təlimdə iştirak etmiş, 2019-cu ildə elə eyni məktəbdə eskiz tədrisi üzrə müəllim kimi çalışmışdır. Hal hazırda yerli geyim brendi olan “A-Line” nın təsisçisi və dizayneridir.
İctimai rəy yazın